05 Oktyabr 2025, 13:06
FUTBOL
İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti Qətər klubunu çalışdıra bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.
"Əl-Sədd" italiyalı mütəxəssisin xidmətində maraqlıdır. Klub Spaletti üçün 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə ilə təklif təqdim edib.
66 yaşı mütəxəssisin prioritetinin Avropa futbolunda qaldığı qeyd edilir.
Spalettinin son məşqçi vəzifəsi 2023-cü ilin yayından 2025-ci ilin iyununa kimi çalışdığı İtaliya millisində olub. Onun rəhbərliyi altında komanda 1/8 finalda AVRO-2024-dən kənarlaşdırılıb.
.












