"Bavariya"nın mərkəz hücumçusu Harri Keyn Bundesliqanın 6-cı turunda Frankfurt "Ayntraxt"ına 3:0 hesabı ilə qalib gəldikləri oyunda növbəti dəfə fərqlənə bilib.

Matc.az xəbər verir ki, 32 yaşlı hücumçu 27-ci dəqiqədə Luis Diazın ötürməsindən sonra hesabı açıb.

Bu, ingilisin futbolçunun cari mövsüm Bundesliqada 11-ci qoludur. Keyn Bundesliqa tarixində bir mövsümün ilk altı matçında 11 qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, Harri Keynin 2025/26 mövsümündə klub nəznində 10 matçda 18 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest