"Barselona"nın hücumçusu Lamin Yamal La Liqada "Sevilya" ilə oyunu buraxacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu yenidən qasıq ağrısını hiss etməyə başlayıb. Oxşar diskomfort Çempionlar Liqasının ikinci turunda PSJ ilə 2:1 hesablı heç-heçədən sonra da təkrarlanıb.

Yamal oktyabrın 5-i bazar günü Sevilla ilə oyunu buraxacaq. Onun sağalma müddətinin iki-üç həftə olacağı gözlənilir.

Qeyd edək ki, bu mövsüm cinah oyunçusu bütün turnirlərdə 5 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest