FİFA Azərbaycan və Özbəkistanın U-20 dünya çempionatına ev sahibliyi etmək üçün birgə müraciətini müsbət qiymətləndirib.

Matc.az xəbər verir ki, 2027-ci ildə turnir iki qardaş ölkədə keçiriləcək. Bu barədə qərar FİFA Şurasının Sürixdə keçirilən bugünkü iclasında qəbul edilib.

Ev sahibi kimi Azərbaycan və Özbəkistan yığmaları avtomatik olaraq dünya çempionatına vəsiqə qazanacaq.

Bu, 20 yaşadək futbolçular arasında 25-ci dünya çempionatı olacaq (2005-ci ilə qədər turnir gənclər arasında dünya çempionatı kimi tanınırdı).

Qeyd edək ki, hazırda Çilidə 20 yaşadək futbolçular arasında 24-cü dünya çempionatı davam edir. Turnirdə 24 komanda iştirak edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest