"Liverpul" və Fransa millisinin mərkəz müdafiəçisi İbrahima Konate Premyer Liqa çempionlarından ayrılmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı fransalı futbolçu artıq üçüncü müqavilənin uzadılması təklifini də rədd edib.

"Liverpul" rəhbərliyi Konatenin müqaviləsi gələn yay başa çatdıqdan sonra "Real"a keçmək niyyətindən xəbərdardır.

Qeyd edək ki, müdafiəçi 2021-ci ilin yayında 40 milyon avroya "Leypsiq"dən Premyer Liqa klubuna keçib. Mərkəz müdafiəçisi bütün turnirlərdə 132 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest