Onların hücumda və müdafiədə necə oynadıqlarını futbolçulara göstərmişdik. Amma əsas məsələ sabah bizim nə göstərəcəyimizdir"
Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində sabah Azərbaycanla Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, o, əvvəlcə Azərbaycan millisində baş məşqçi dəyişikliyi - Fernandu Santuşun istefaya göndərilməsi ilə ilə bağlı danışıb:
"Bu, hazırlığımıza, oyunumuza təsir göstərəcək. Biz artıq rəqib komandanı analiz etmişdik. Onların hücumda və müdafiədə necə oynadıqlarını futbolçulara göstərmişdik. Amma əsas məsələ sabah bizim nə göstərəcəyimizdir.
Hesab edirəm ki, komandamız Azərbaycanın istənilən oyun modelinə hazır olacaq. Hazırda rəqibin oyun üslubunu komandaya göstərmişik, lakin müəyyən düzəlişlər ediləcək". deyə Rebrov bildirib.
Qeyd edək ki, Azərbaycan – Ukrayna oyunu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.