08 Sentyabr 2025, 13:08
FUTBOL
"Beşiktaş" "Real"ın müdafiəçisi Raul Asensionu heyətinə qatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
İstanbul nəhəngi ispaniyalı futbolçunu icarəyə götürmək istəyir. "Qara qartallar" 22 yaşlı mərkəz müdafiəçisi üçün "kral klubu"na rəsmi təklif göndərib.
Qeyd edək ki, Raul Asensio ötən mövsüm "Real"ın heyətində keçirdiyi 56 oyunda 2 qol ötürməsi edib.