"Bunun bitməsini heç istəmirəm, amma anlayıram ki, o an yaxınlaşır".
Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsinin 17-ci turunun Venesuela ilə oyunundan (3:0) sonra kryersı ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, Messi futbolu tərk edə biləcəyi ilə bağlı sualı cavablandırıb.
"Bunun bitməsini heç istəmirəm, amma anlayıram ki, o an yaxınlaşır. Olması lazım olanda olacaq. Hələ ki, hər şey addım-addım gedir, bu günü yaşayıram.
Ümid edirəm ki, ili yaxşı başa vuracam ki, sonra mövsümöncəsi hazırlığı yaxşı keçirim.
Başlanğıcda çox həyəcanlı idim - himn, uşaqlarım... Beynimdən çoxlu fikirlər keçdi. Bu, mənim üçün çox gözəl və xüsusi bir gün idi", - deyə Messi bildirib.
Qeyd edək ki, daha əvvəl bu qarşılaşmanın Messinin millidəki karyerasında sonuncu ola biləcəyi bildirilirdi.