07 Sentyabr 2025, 09:58
FUTBOL
Fransa gənclər yığmasının və "Reyms"in 20 yaşlı yarımmüdafiəçisi Valentin Atanyana Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı hər iki klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, transferin dəyəri 25 milyon avro təşkil edib.
Qeyd edək ki, Valentin Atanyana "Reyms" klubunun yetirməsidir. O, əsas komanda ilə bütün turnirlərdə 63 oyun keçirib və 1 qol vurub.
Kamerun əsilli yarımmüdafiəçi Fransa gənclər yığmalarında keçirdiyi 47 matçda isə 6 qolla yadda qalıb.