06 Sentyabr 2025, 22:20
FUTBOL
Milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasilə zamanı "Şamaxı" yoxlama oyunu keçirib.
Matc.az xəbər verir ki, bölgə klubu I Liqa təmsilçisi "Zaqatala" ilə qarşılaşıb.
Görüş Premyer Liqa klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın heyətində Alfons Msanqa və Nihat Mehralıyev fərqlənib.