"Mançester Yunayted"in müdafiəçisi Dioqo Dalot DÇ-2026-nın seçmə mərhələsinin sentyabrda keçiriləcək qarşılaşmalarında Portuqaliya millisinə kömək edə bilməyəcək.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilir ki, Dalot əzələ zədəsi səbəbindən milli komandanın düşərgəsindən ayrılıb. Əvəzində milliyə "Latsio"dan Nuno Tavares çağırılıb.

Qeyd edək ki, sentyabrın 6-da və 9-da Portuqaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfər oyunlarını müvafiq olaraq Ermənistan və Macarıstan yığmalarına qarşı keçirəcək. Avropa seçmə zonasının F qrupunda portuqalların digər rəqibi İrlandiya yığması olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest