Mövsümə uğursuz start verən "Kəpəz" ciddi dəyişiklik ərəfəsindədir. Matc.az xəbər verir ki, qərb təmsilçisində bu gün klubdaxili toplantı gözlənilir.  

Milli komandaların oyunlarına görə yaranan fasiləni fürsət bilən rəhbərlik təcili toplanmaqla baş məşqçi dəyişikliyini reallaşdırmağı qərara alıb. Üç turda 3 məğlubiyyətlə üzləşən "sarı-göylər"in baş məşqçisi Adil Şükürovun istefaya göndərilməsinə qərar verilib.

Onun klubun akademiyasına rəhbər təyin olunacağı gözlənilir. Gəncə klubunun rəhbərliyi Şükürova təzminat verməmək üçün çıxış yolunu onun akademiyada çalışmasına şərait yaratmaqda görüb. Baş məşqçi postu isə Vaqif Cavadova etibar olunacaq. Tərəflərin artıq razılığa gəldiyi bildirilir. 

Qeyd edək ki, ötən mövsüm komandanı Premyer Liqada saxlamasına rəğmən, Azər Bağırovu Adil Şükürovla əvəzləyən rəhbərlik təzyiqlərlə üzləşib (fanat.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest