"Qalatasaray" "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanı transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

"Sarı-qırmızılar" 34 yaşlı yarımmüdafiəçi üçün İngiltərə klubuna təzminat ödəməyib. Almaniya millisinin sabiq üzvü "Qalatasaray"la 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İlkay Gündooğan ötən mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 54 oyunda 5 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest