"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Britaniya futbolu haqqında serialın yaradılması ilə məşğul olacaq.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

41 yaşlı futbolçu uydurma agent haqqında serialın icraçı prodüseri olacaq. Həmin agent rolunu "Milyardlar", "Vətən" və "Silah qardaşları" seriallarında çəkilmiş Demien Lüis canlandıracaq.

Serialın çəkilişlərinə artıq başlanılıb. Lüis Londonun şimal-qərbindəki "Barnet" futbol klubunun ev stadionunda görülüb.

"Arsenal"ın və Fransa millisinin sabiq hücumçusu Tyeri Anri kimi, Ronaldo özü də çəkilişlərdə iştirak edəcək. Serialın bəzi komediya elementləri olan dram xarakteri daşıyacağı bildirilir. Ekran işi Ronaldonun prodüser Metyu Von ilə birlikdə rəhbərlik etdiyi "UR Marv Studios" studiyası tərəfindən ərsəyə gətiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest