"Barselona" klubu "Bornmut"un hücumçusu Eli Junior Krupinin agentləri ilə əlaqə saxlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu müqavilə şərtlərini müzakirə etmək üçün 20 yaşlı fransalı forvardın nümayəndələri ilə təmasa keçib. "Barselona"nın bu futbolçu üçün 100 milyon avro məbləğində təzminat ödəmək imkanının olduğu qeyd edilir. Krupi "Atletiko"nun hücumçusu Xulian Alvaresə alternativ variant hesab olunur.

"Barselona" rəhbərliyində Krupinin transferinin məqsədəuyğunluğu ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri onun Han-Diter Flikin sisteminə tam uyğun gələn bir oyunçu olduğuna inanırlar. Baş məşqçinin Alvaresi heyətə qatmaq mümkün olmayacağı təqdirdə bu oyunçunun transferinə razılıq verdiyi bildirilir. Mütəxəssisin fikrincə, bu mövqedə rəqibə pressinq edən bir hücumçu çıxış etməlidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest