27 İyul 2026, 17:16
FUTBOL
"Mançester Yunayted" "Suonsi"dən 19 yaşlı qapıçı Kit Marqetsonun transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Uelsin gənclər millisinin qapıçısı transfer qeydiyyata alındıqdan sonra "Mançester Yunayted"ə qoşulacaq.
2025/26 mövsümündə Marqetson icarə əsasında "Gap Konnaz Kuey" komandasında çıxış edib. O, bu komandanın heyətində Uels çempionatında 31 matçda meydana çıxıb.













