PSJ klubunun hücumçusu Usman Dembele Səudiyyə Ərəbistanı çempionatında karyerasını davam etdirməkdən imtina etmək barədə prinsipial qərar qəbul edib.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Saşa Tavolyeri məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı fransalı vinger cari yay "transfer pəncərəsi"ndə keçidlə maraqlanmadığı barədə "Əl-Hilal" rəhbərliyini rəsmən məlumatlandırıb. Bunun əvəzinə ulduz futbolçu parislilərlə hazırkı müqavilənin müddətini uzatmaq niyyətindədir.

Səudiyyə klubunun PSJ rəhbərliyi ilə transfer üzrə rəsmi danışıqlara yalnız oyunçunun özündən ilkin razılıq aldıqdan sonra başlamağı planlaşdırdığını qeyd etmişdi.

Eyni zamanda Fransa nəhənginin rəhbərliyi də ilk başdan öz lideri ilə yollarını ayırmaq həvəsində olmayıb. Parislilərin rəhbərliyi "Qızıl top" mükafatının hazırkı sahibini uzunmüddətli perspektivdə heyətdə saxlamağa ümid edir.

Xatırladaq ki, Dembele 2023-cü ilin yayından PSJ-nin şərəfini qoruyur. Geridə qalan mövsümdə hücumçu bütün rəsmi turnirlərdə 40 oyunda iştirak edərək, 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Hücumçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest