"Napoli" klubu mərkəz müdafiəçisi Benua Badiaşilenin mümkün keçidi ilə bağlı "Çelsi" ilə danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, neapollular "zadəganlar" ilə oyunçunun satınalma seçimi ilə icarəyə götürülməsi barədə razılığa gəlməyə çalışırlar. Lakin London klubu 25 yaşlı fransalı futbolçunun tamtransferini rəsmiləşdirmək niyyətindədir. İtaliya təmsilçisi mərkəz müdafiəçisi üçün 1+4 sxemi ilə 2031-ci ilə qədər müqavilə hazırlayır.

Badiaşile 2023-cü ilin yanvar ayından, Fransanın "Monako" klubundan keçdiyindən bəri İngiltərə komandasında çıxış edir. Transfer olunduğu vaxtdan bəri o, "Çelsi"nin heyətində 71 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun londonlularla hazırkı müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı fransalı müdafiəçinin dəyərini 15 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest