"Mançester Siti" klubunun sabiq mərkəz müdafiəçisi Con Stounz İtaliyanın "İnter" klubuna keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, tərəflər razılığa gəlsə, təcrübəli mərkəz müdafiəçisi İtaliya nəhənginə azad agent statusu ilə keçəcək. Belə ki, Stounz 1 iyul 2026-cı il tarixində "Mançester Siti"dən ayrılıb və həmin vaxtdan bəri klubsuz qalıb.

Rəsmi addımların hələ irəlidə olduğu, lakin ingiltərəli müdafiəçi ilə prinsipial razılığın artıq tamamlanmaq üzrə olduğu qeyd edilir. "Neradzurri" futbolçu ilə 2028-ci ilin iyun ayına qədər müqavilə imzalayacaq.

Daha əvvəl İngiltərə millisinin müdafiəçisi ilə Londonun "Çelsi" və Turinin "Yuventus" klublarının da maraqlandığı bildirilirdi.

Xatırladaq ki, Stounz karyerası ərzində yalnız üç klubda – "Barnsli" (28 matç), "Everton" (95) və "Mançester Siti"də (295) çıxış edib. O, "şəhərlilər"in heyətində 19 titul qazanıb.

Son dünya çempionatında Con İngiltərə millisinin heyətində Fransaya qalib gələrək (6:4) turnirin bürünc mükafatçısı olub. Müdafiəçi "üç şirlər"in forması ilə ümumilikdə 94 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest