Zinəddin Zidanın Fransa milli komandanın yeni baş məşqçisi təyin olundu.
Matc.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, mütəxəssislə müqavilə 2030-cu ilə qədər bağlanıb. Fransa komandası dünya çempionatında çıxışını turnirin başa çatmasından sonra komandadan ayrılacağını daha əvvəl elan edən Didye Deşamın rəhbərliyi altında tamamlayıb. Dünya çempionatındakı üçüncü yer uğrunda matçda Fransa millisi İngiltərəyə 4:6 hesabı ilə məğlub olub.
Zidan 2021-ci ildən bəri məşqçilik fəaliyyəti ilə məşğul olmayıb. O, daha əvvəl iki dəfə – 2016-2018 və 2019-2021-ci illərdə "Real" klubuna rəhbərlik edib. Onun fəaliyyəti dövründə Madrid klubu, Çempionlar Liqasının üç çempionluq titulu da daxil olmaqla, 11 kubok qazanıb.













