"Çelsi" "Brayton"un hücumçusu Denni Uelbekin transferi üzərində işləyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Devid Ornşteyn məlumat yayıb.

Təcrübəli 35 yaşlı hücumçunun profili "mavilər"in yeni baş məşqçisi Xabi Alonsonun diqqətini cəlb edib.

Bildirilir ki, hazırda danışıqlar ilkin mərhələdədir, lakin tərəflər vəziyyətə nikbin baxırlar. Uelbekin "Brayton"la müqaviləsi 1 ildən sonra başa çatır.

Ötən mövsümdə oyunçu bütün turnirlərdə 40 matçda iştirak edib və 14 qol vurub.

Vaxtilə hücumçu "Uotford", "Arsenal", "Sanderlend", "Preston" və doğma "Mançester Yunayted"in də şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest