27 İyul 2026, 16:41
FUTBOL
"Real" və braziliyalı hücumçu Vinisius Junior yaxın günlərdə əməkdaşlığın uzadılması barədə danışıqlar aparacaqlar.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" internet portalı məlumat yayıb.
Madrid klbnu braziliyalı futbolçu ilə yeni uzunmüddətli müqavilə imzalamağa çalışırlar.
25 yaşlı futbolçunun madridlilərlə hazırkı sözləşməsi 2027-ci il iyunun 30-na qədərdir. Əgər tərəflər razılığa gələ bilməsələr, "Real" növbəti yay oyunçunu pulsuz itirməmək üçün onu satmağa razı ola bilər.
Vinisiusun transferində maraqlı olan "Arsenal" vəziyyəti yaxından izləyir.
Qeyd edək ki, ötən mövsümdə Vinisius "Real"da 53 oyuna çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə edib.













