26 Avqust 2025, 12:56
FUTBOL
"Arsenal"ın müdafiəçisi Yakub Kivior karyerasını Portuqaliyada davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayııb.
"Portu" polşalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. "Əjdahalar" 25 yaşlı mərkəz müdafiəçisini 25 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, Yakub Kivior ötən mövsüm "Arsenal"ın heyətində keçirdiyi 30 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.