24 Avqust 2025, 10:16
FUTBOL
"Milan"da çıxış edən Luka Modriç İtaliya A Seriyasında debüt edən ən yaşlı futbolçudur.
Matc.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi buna I turda "Kremoneze" ilə oyunda meydana çıxmaqla nail olub.
O, A Seriyasında 39 yaş, 11 ay və 14 günündə debüt edib.
Qeyd edək ki, qarşılaşma "Milan"ın məğlubiyyəti ilə bitib - 1:2.