"Arsenal" "Kristal Pelas"ın ingilis yarımmüdafiəçisi Ebereçi Ezeni transfer etdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.

Bildirilir ki, Ebereçi 10 nömrəli formanı geyinəcək və bu həftəsonu "Lids Yunayted"lə oyundan sonra yeni komanda yoldaşlarına qoşulacaq.

Qeyd edək ki, 27 yaşlı Eze ötən mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunun dəyərini 55 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest