"Bavariya" yarımmüdafiəçisi Pol Vanneri PSV-yə satıb.

Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2030-cu ilin yayına kimi imzalanıb və transfer məbləği 15 milyon avro + potensial bonuslar olub.

Qeyd edək ki, Vanner ötən mövsümü "Haydenhaym"da keçirib. 19 yaşlı futbolçu bütün turnirlərdə 41 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. "Trasnfermartk" yarımmüdafiəçini 18 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest