23 Avqust 2025, 09:59
FUTBOL
"İnter" "Lans"ın yarımmüdafiəçisi Andi Diufu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubununmətbuat xidməti məlumat yayıb.
Milan təmsilçisi fransalı futbolçu üçün onun klubuna 20 milyon avro təzminat ödəyib. 22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Andi Diuf ötən mövsüm "Lans"ın heyətində keçirdiyi 37 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.