22 Avqust 2025, 11:16
                
                
                
                                FUTBOL 
                                
                
               
              Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə “Rakuv”un qonağı olub.
				  
 
UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə “Rakuv”un qonağı olub. Qarşılaşma Polşa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Cəlal Hüseynov da bu matçın iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi oyuna start heyətində başlayıb. O, 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 28-də Bolqarıstanda baş tutacaq.

 
             
 















