22 Avqust 2025, 09:55
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 _1755858380.jpg) 
 
“Nottingem Forest” “Yuventus”un yarımmüdafiəçisi Duqlas Luisi icarəyə götürüb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi 2025/2026 mövsümünü Premyer Liqa təmsilçisinin heyətində keçirəcək. “Nottingem Forest” 30 milyon avro ödəməklə 27 yaşlı oyunçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, “Yuventus” Duqlas Luisi ötən ilin yayında “Aston Villa”dan transfer edib.

 
             
 















