21 Avqust 2025, 21:32
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
"Qəbələ" bu gün yoxlama oyunu keçirib.
Matc.az xəbər verir ki, Kaxaber Sxadadzenin çaışdırdığı komanda 1-ci liqa təmsilçisi MOİK-lə qarşılaşıb.
Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qırmızı-qaralar"ın heyətində qolları İsaak Amoah, Domi Massoumou və Elşad Tağıyev vurub.
Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının 1-ci turunda "Karvan"la heç-heçə edib – 1:1. Komanda avqustun 25-də 2-ci turun oyununda "Zirə"ni qəbul edəcək.

 
             
 















