21 Avqust 2025, 19:28
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
“Qalatasaray” müdafiəçi Viktor Nelssonu İtaliyaya icarəyə göndərib.
Matc.az xəbər verir ki, danimarkalı futbolçu 2025/2026 mövsümündə "Verona"nın formasını geyinəcək.
A Seriyası klubu "Qalatasaray"a 650 min avro icarə haqqı ödəyəcək. İtalyanlar 8 milyon avro ödəməklə 26 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən transfer edib. Danimarka millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Roma"da çıxış edib.

 
             
 















