20 Avqust 2025, 01:17
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
“Meçelen”in müdafiəçisi Rafik Belqali “Verona”ya keçib.
Matc.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, transfer məbləği 2 milyon avro təşkil edib. Müqavilə 30 iyun 2029-cu il tarixinədək imzalanıb.
Qeyd edək ki, 23 yaşlı əlcəzairli futbolçu 2023-cü ilin yayında 400 min avroya "Meçelen"ə keçib. Belqali peşəkar klub səviyyəsində 98 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

 
             
 




_1761919595.jpg)



_1761913751.jpg)




_1761908608.jpg)

