UEFA Konfrans liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilib. 

Matc.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri də meydana çıxıb.

"Sabah" ilk oyunda məğlub etdiyi "Petrokub"la "Bank Respublika Arena"da üz-üzə gəlib. Təmsilçimiz rəqibini 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. 

"Araz-Naxçıvan" Bakıda qalib gəldiyi "Aris"in qonağı olub. Naxçıvan klubu səfərdə 2:2 hesablı bərabərə qalaraq III mərhələyə yüksəlib

"Zirə" isə Xorvatiyada "Hayduk"la qarşılaşıb. Evdə heç-heçəyə razılaşan təmsilçimiz, səfərdə 2:1 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb. 

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab görüşləri
31 iyul

“Aris” (Yunanıstan) - “Araz-Naxçıvan” (Azərbaycan) - 2:2
Qollar: Laysmann, 62, Monçu, 90 // Çarls Boli, 11, Felipe Santos, 37
Qırmızı vərəqə: İqor Ribeyro, 52 ("Araz-Naxçıvan")
(İlk oyun - 1:2)
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Saloniki, “Kleantis Vikelidis” stadionu

"Aris": 21. Lovro Maykiç, 27. Noa Fadiqa, 4. Fabiano Leys24. Leysmann (k), 24. Pedro Alvaro, 37. Hamza Mendil, 28. Dudu, 10. Uroş Raçiç, 8. Monçu, 70. Yannis Gianniotas, 18. Olimpiu Morutan, 80. Loren Moron
Baş məşqçi: Marinos Ouzounidis

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 4. İqor Ribeyro, 3. Bəxtiyar Həsənalızadə, 77. Bruno Aleksandre, 6. Patrik Andrade, 19. Bar Kohen, 29. Vanderson, 10. Felipe Santos, 70. Çarles Boli, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev


"Hayduk" (Xorvatiya) - "Zirə" (Azərbaycan) - 2:1
Qollar: Krovinoviç, 17  Yassin Benrau, 95 // İsa Cibrila, 90+3

Qırmızı vərəqə: Quima, 78 ("Zirə")
(İlk oyun - 1:1)
Baş hakim: Luka Payretto (İtaliya).
Split, “Polyud” stadionu

"Hayduk": 1. İviça İvanuşiç, 29. Fran Karaçiç, 22. Branimir Mlaçiç, 31. Zvonimir Şarlija, 32. Simun Hrqoviç, 7. Antoni Kalik, 4. Adrion Pajaziti, 23. Filip Krovinoviç, 28. Rako Brajkoviç, 37. Noa Skoko, 10. Marko Lovaya (k)
Baş məşqçi: Qonsalo Qarsiya

"Zirə": 97. Tiaqo Silva, 20. İssa Cibrilla, 4. Ruan Renato, 26. Stefan Aka, 32. Qismət AAlıyev (k), 17. Ayron Qomis, 8. İsmayıl İbrahimli, 30. Quima, 11. Martins Junior, 7. Rövlan Muradov, 87. Abdul Batibie
Baş məşqçi: Rəşad Sadıqov


“Sabah” (Azərbaycan) - "Petrokub" (Moldova) - 4:1
Qollar: Coy-Lens Mikels, 22, 28, 45, Şafranko, 45+1 // Stiv Solvet, 41
(İlk oyun - 2:1)
Baş hakim: Danilo Nikoliç (Serbiya).
Masazır, “Bank Respublika Arena”

"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solvet, 7. Boyan Letić, 10. Anatoli Nuriyev, 13. İvan Lepinitsa, 18. Şafranko (k), 20. Coy-Lens Mikels, 22. Zinədin Uld Xaled, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 80. Akim Zedadka
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 2. Amin Seydiyev, 6. Abdullah Xaybullayev, 5. Rəhman Daşdəmirov, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Nyeqoş Kupusoviç

"Petrokub": 1. Smalenea, 11. Platiça, 13. Kojokaru, 15. Popesku, 19. Rotaru, 23. Lupan, 39. Lunqu, 44. Djou, 66. Borş, 79. Boqaçiuk, 90. İon Jardan (k).
Ehtiyat oyunçular: 31. Dodon, 32. Koval, 3. Kukoş, 7. Şpataru, 8. Demian, 17. Paşkalutsa, 21. Potirnişe, 24. Ngah, 27. Dijinari, 37. Puşkaş

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest