Rauf Rüstəmli 1 il ərzində "Sumqayıt"ın uğurları üçün çalışacaq.

"Sumqayıt" "Sabah"ın futbolçusu Rauf Rüstəmlini icarəyə götürüb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Bildirilir ki, yarımmüdafiəçi 1 il ərzində "Sumqayıt"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı"da top qovub. 21 yaşlı oyunçu U-17, U-19, U-21 və A milli komandalarımızın da şərəfini qoruyub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest