"Ayaks" kapitanı Cordan Hendersonla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Cordan Henderson 2024-cü ilin yanvar ayından "Ayaks"da çıxış edirdi. 35 yaşlı futbolçu ötən mövsüm Amsterdam təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest