AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turniri keçirilir.
Matc.az xəbər verir ki, Lənkəranda yerləşən "Raypo" İdman-Sağlamlıq Mərkəzində təşkil edilən yarışın ilk iki günündə 11 oyun baş tutub.
Qeyd edək ki, 9 komandanın iştirakı ilə keçirilən turnirə iyunun 24-də yekun vurulacaq.
Respublika turnirində ilk iki günün nəticələrini diqqətinizə çatdırırıq:
Lənkəran – Xaçmaz - 4:3
Bakı – Gəncə - 0:1
Bərdə – Mingəçevir - 4:2
Sumqayıt – Şirvan - 5:2
Şəki – Lənkəran - 0:4
Mingəçevir – Xaçmaz - 1:1
Bərdə – Şəki - 3:2
Şirvan – Bakı - 3:2
Gəncə -– Sumqayıt - 1:3
Lənkəran – Mingəçevir - 8:2
Xaçmaz – Şəki - 3:1