19 İyun 2025, 20:38
FUTBOL
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Moskva "Lokomotiv"inə yeni futbolçuların qeydiyyatdan keçməsinə qadağa qoyub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın rəsmi saytı paylaşıb.
Bildirilir ki, transfer qadağası iyunun 18-dən qüvvəyə minəcək və növbəti üç transfer dövründə qüvvədə qalacaq.
Qeyd edək ki, sanksiya aradan qaldırılmasa, "Lokomotiv" yalnız 2027-ci ilin qışında yeni futbolçuları qeydiyyatdan keçirə biləcək.