"Fənərbaxça" ÇSKA-nın və Rusiya millisinin yarımmüdafiəçisi Matvey Kislyakı transfer etməyə yaxındır.

Matc.az xəbər verir ki, klub təmsilçiləri Kislyakın agenti ilə görüşüb və futbolçunun ailəsini İstanbulu gəzdiriblər.

Qeyd edək ki, ötən mövsüm 19 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 33 matçda iştirak edib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Kislyakın ÇSKA ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 8 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest