15 İyun 2025, 19:46
FUTBOL
"Real" azad agent statusunda olan futbolçuları transfer etmək strategiyasına əməl etməyə davam etmək niyyətindədir və artıq 2026/2027 mövsümü üçün hədəflərini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, müqavilənin imzalanması üçün prioritet variant "Liverpul" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq mərkəz müdafiəçisi İbrahima Konatedir. Bundan başqa, Madrid klubu "Arsenal"ın 18 yaşlı sol cinah müdafiəçisi Mayls Luis-Skelli və 20 yaşlı mərkəz müdafiəçisi Kristian Moskera ilə maraqlanır.
Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən, "Kral klubu" UEFA Superkubokunun və Qitələrarası kubokun qalibi olub.