Braziliya millisi və "Milan"ın sabiq müdafiəçisi Markos Kafu "Real"ın yarımmüdafiəçisi Luka Modriçin İtaliya klubuna mümkün transferindən danışıb.
Matc.az xəbər verir ki, o,
"Onu bir neçə gün əvvəl gördüm, amma o, Milanda həyatın necə olduğu haqda heç nə soruşmadı (gülür). Bu, əvvələr də, qanında futbol olan bir neçə təcrübəli oyunçu əldə edən, "Milan" tərəfində atılan bir addımdır.
Luka anadangəlmə liderdir. O, topla özünəxas davranmağı bacaran dünyada nadir futbolçuardan biridir və yaş onun üçün heç bir əhəmiyyət kəsb etmir. Ola bilsin ki, biz hələ dərk etmirik, amma gələn, çamadanı titullarla dolu "Real"ın keçmiş kapitanıdır".
Qeyd edək ki, 39 yaşlı Luka Modriç "Milan"la 2026-cı ilin yayına qədər müqavilə bağlayacağı bildirilir.