"Milan"ın əfsanəsi, 47 yaşlı mütəxəssis Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi təyin olunub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Saşa Tavoleri sosial şəbəkə hesabında paylaşıb.

Bildirilir ki, artıq müqavilə imzalanıb. Rəsmi təyinatın gələn həftə elan edilməsi planlaşdırılır.

Qeyd edək ki, Qattuzo iyunun 5-də Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi postunu tərk edib. O, karyerası ərzində "Marsel", "Valensiya", "Napoli" və "Milan" kimi komandalara da rəhbərlik edib.

DÇ-2026-nın seçmə mərhələsinin iki turundan sonra İtaliya millisinin aktivində 3 xalı var və qrupda üçüncü sırada qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest