13 İyun 2025, 21:46
FUTBOL
"Monako" azad agent statusunda olan "Mançester Yunayted"in və "Yuventus"un keçmiş yarımmüdafiəçisi Pol Poqbaya 2 illik müqavilə təklif edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında jurnalist Fabrisio Romano paylaşıb.
Bildirilir ki, artıq tərəflər arasında danışıqlar başlayıb. Layihə və müqavilənin detalları ilə bağlı müzakirələr yaxın günlərdə davam etdiriləcək.
Xatırladaq ki, futbolçu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib, lakin yarımmüdafiəçinin cəzası 18 aya endirilib. 10 mart 2025-ci ildə isə fransız futboplçunun cəzası sona çatıb.
Qeyd edək ki, hazırda futbolçunun 32 yaşı var. O, milli komandasının tərkibində dünya çempionluğu yaşayıb.