"Santos" braziliyalı cinah oyunçusu Neymar karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Fanatik" paylaşıb.

Bildirilir ki, 33 yaşlı futbolçunun xidmətində "Fənərbaxça" maraqlıdır. İstanbul klubu Neymara müqaviləni daha bir mövsüm uzatmaq imkanı ilə 1 illik müqavilə təklif edib.

Braziliyalının "Santos"la müqaviləsində Avropanın istənilən komandasına pulsuz gedə biləcəyi bənd var.

Qeyd edək ki, bu mövsüm Neymar bütün turnirlərdə 14 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest