"Napoli" 33 yaşlı yarımmüdafiəçi Kevin De Bruyne ilə müqavilə imzaladığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkə hesabında paylaşıb.

Belçikalı futbolçu ilə müqavilə 3 illik nəzərədə tutulub. 33 yaşlı yarımmüdafiəçi "Napoli"də ildə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, De Bruyne ötən mövsüm "Mançester Siti" klubunda 40 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest