"Atletiko" "Atalanta"dan icarəyə götürdüyü Xuan Mussonun transfer hüquqlarına yiələnib.

Matc.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

"Atletiko" argentinalı qolkiper üçün İtaliya klubuna 3 milyon avro təzminat ödəyib. 31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Xuan Musso ötən mövsüm "Atletiko"nun heyətində 11 rəsmi oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest