Fransa çempionatının ulduzlarından olan Rayan Şerki "Lion"dan ayrılıb.

Matc.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Liqa 1-in sonuncu turunda "Anje" ilə qarşılaşmadan sonra qərarını açıqlayıb.

Bu, Fransa klubunun UEFA Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi müəyyənləşdikdən sonra baş verib.

Qeyd edək ki, Rayan Şerki "Lion"un yetirməsidir. O, cari mövsüm ərzində meydana çıxdığı 44 oyunda 12 qol və 20 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest