Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, PSJ və "Barselona"nın yarımfinaldakı rəqibləri müəyyənləşib.
"Real" səfərdə 3 cavabsız qolla uduzduğu "Arsenal"ı qəbul edib. Madrid klubu doğma meydanda da uduzaraq turnirlə vidalaşıb.
"Bavariya" isə İtaliyada "İnter"in qonağı olub. Matçda 2:2 hesablı heç-heçə qeydə alınıb. İki oyunun nəticəsinə əsasən "İnter" yarımfinala yüksəlib.
Beləliklə, Çempion Liqasının yarımfinalında "Arsenal" PSJ ilə, "İnter" isə "Barselona" ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinalın ilk oyunları 29-30 aprel, cavab görüşləri isə 6-7 may tarixlərində keçiriləcək.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
"Real" (İspaniya) – "Arsenal" (İngiltərə) - 1:2
Qollar: Vinisius, 67 // Saka, 65, Martinelli, 90+3
(İlk oyun – 0:3)
"İnter" (İtaliya) – "Bavariya" (Almaniya) - 2:2
Qollar: Martinez,58, Pavard, 61 // Keyn, 52, Dier, 76
(İlk oyun – 2:1)