"Əl-Hilal" klubunun və Braziliya yığmasının hücumçusu Neymarın sıraya dönməsi gözləniləndən gec baş tutacaq. Matc.az xəbər verir ki, “sambaçı”nın bərpa prosesi gecikir.

32 yaşlı hücumçunun noyabrda tam sağalıb sıraya dönəcəyi açıqlanıb. Həkimlər bərpa prosesi ləngiyən Neymarın sıraya dönməsi üçün daha iki ay gözləməli olduğunu deyiblər.

Qeyd edək ki, Braziliya millisinin heyətində diz bağlarından zədələnən Neymar ötən ilin oktyabrından yaşıl meydanlardan uzaqdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest