04 Sentyabr 2024, 16:17
                
                
                
                                FUTBOL 
                                
                
               
              Biletlər sentyabrın 11-dən satışa çıxarılacaq.
				  
 
Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək "Tottenhem" - "Qarabağ" oyununun bilet qiymətləri bəlli olub. Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytında məlumat yayılıb.
Matçın biletləri böyüklər üçün 30 funt-sterlinq, 18 yaşdan kiçik insanlar üçün isə 10 funt-sterlinq olacaq. Biletlər sentyabrın 11-dən satışa çıxarılacaq.
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" qarşılaşması sentyabrın 26-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 
             
 















