“Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, “Spartak” türk vingeri transfer etmək istəyir. “Qalatasaray”la Moskva təmsilçisi arasında keçidlə bağlı razılıq əldə olunub. Lakin Aktürkoğlu transferlə bağlı bəzi şərtlər irəli sürüb.
- Vergilər çıxıldıqdan sonra əmək haqqı 4,5 milyon avro;
- Hər oyun ərizəsinə düşdüyündə üçün 10 min avro bonus;
- Oynanan hər tam oyun üçün 5 min avro bonus;
- 60 dəqiqə keçirdiyi hər oyun üçün 5 min avro məbləğində bonus;
- Vurulan hər 10 qol üçün 100 min avro bonus;
- Hər 10 assist üçün 100 min avro bonus;
- Oyunçu mövsüm ərzində 10 qol və 10 məhsuldar ötürmə edərsə, 300 min avro əlavə bonus;
- RPL-də qalibiyyət halında 350 min avro bonus;
- Rusiya Kubokunda qalib gəldikdə 150 min avro bonus;
Qeyd edək ki, Kerem Aktürkoğlu 2020-ci ilin sentyabr ayından “Qalatasaray”da çıxış edir.